İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportarena.az xəbər verir ki, "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah ötən ayın ən yaxşı oyunçusu seçilib. Onun bu nominasiyada rəqibləri Rahim Sterlinq, Kevin de Bruyne (hər ikisi "Mançester Siti"), Robert Breydi ("Bernli"), Eden Hazard ("Çelsi"), Şkordan Mustafi ("Arsenal") və Eşli Yanq ("Mançester Yunayted") idi.
Qeyd edək ki, Salah noyabrda 4 matçda 7 qol vurub.