Samir Əliyev: "Ustalıq öz sözünü dedi"

19:12 15 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Səbail” “Qəbələ”ni qəbul edib. Səfərdə keçirdiyi ilk matçda minimal hesabla uduzan qəsəbə təmsilçisi cavab oyununda da məğlub olaraq (2:4), ölkə kubokunda mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

 

"Ağır məğlubiyyətdi, 4 top buraxdıq. Danışmaq çətindi. Oyundan sonra uşaqlara 5 ayda keçdiyimiz yola görə təşəkkür etdim. Çalışdıq ki, hamısına şans verək. Oturub, 5 ayda gördüyümüz işləri analiz edəcəyik. “Qəbələ” çox güclü rəqib idi. Bu gün “Qəbələ” kimi komandalarla eyni səviyyədə mübarizə aparmağa hazır deyilik. Eyni sayda qol vəziyyəti yaratsaq da, ustalıq sonda öz sözünü dedi".


Digər xəbərlər

Xəbər xətti