Azərbaycan kuboku: 1/2 finalın cütlükləri məlum oldu

21:49 15 Dekabr 2017

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vuruldu.

 

Sportarena.az xəbər verir ki, baş tutan görüşlərdən sonra "Keşlə", "Neftçi", "Qəbələ" və "Sumqayıt" 1/2 finala vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi" "Qəbələ" ilə, "Keşlə" isə "Sumqayıt"la final uğrunda vəsiqə aparacaq.

 

Qeyd edək ki, bu mərhələnin oyunları gələn ilin 11/18 aprel tarixlərində reallaşacaq.

 

Azərbaycan Kuboku, 1/2 final
11/18 aprel

Qəbələ - Neftçi
Keşlə - Sumqayıt


Digər xəbərlər

Xəbər xətti