Qurban Qurbanov: "Bu il bizim üçün ağır oldu"

22:17 15 Dekabr 2017

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:2 hesabıyla uduzduqları (ilk oyun 2:1) matçdan sonra bunları söyləyib:

 

“Sumqayıt”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həmişə kubok oyunlarında ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim. Əvvəl də dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır oldu. Riçard Almeyda və Dino Ndlovunun oynamaması zədəli olmaları ilə bağlıydı. İkisinin də əzələsində dartılma vardı.

 

Qış fasiləsində kimlərin gedəcəyi bilinmir. Konkret olaraq, belə futbolçu yoxdu. Hər bir futbolçunun müqaviləsi var. Bu haqda heç nə deyə bilməyəcəm. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya get deyə bilmərik. Heyəti gücləndirmək fikrimiz var. Yerli futbolçu əldə edə bilmərik. Yaxşı futbolçuların hamısı öz klubundadı. İnanmıram onlar istədiyimiz futbolçuları bizə versin. Axtarışlarımız gedir. Yayda danışıqlar apardığımız oyunçularla hələ də danışıqlar aparırıq. Amma mütləq futbolçu gəlməlidi”.


Digər xəbərlər

Xəbər xətti