Bu gün klublararası dünya çempionatına yekun vurulub.
Sportarena.az xəbər verir ki, həlledici görüşdə bu turnirin son qalibi olan İspaniyanın “Real” və Braziliyanın “Qremio” klubları üz-üzə gəlib. Abu-Dabidə keçirilən qarşılaşma Madrid klubunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Görüşdə yeganə qolu Kriştiano Ronaldo vurub. Bununla da, "Real" ardıcıl ikinci dəfə dünya çempionu olub.
Üçüncülük uğrunda oyunda isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” və Meksikanın “Paçuka” klubları qarşılıb. Meksikalılar inamlı qələbə qazanaraq bürünc medala yiyələniblər.
Klublararası dünya çempionatı
16 dekabr
Üçüncü yer uğrunda
18:00 Əl-Cəzirə - Paçuka 1:4
Qol: Al Şamsi, 57 - Urretaviskaya, 37. Jara, 60. De la Rosa, 79. Saqal, 84-pen.
Final
21:00 Real - Qremio 1:0
Qol: Ronaldo, 53.