"Qarabağ" beynəlxalq turnirə dəvət aldı

12:16 17 Dekabr 2017

Qarabağ”ın U-12 komandası beynəlxalq turnirə dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, Araz Bağırovun baş məşçqisi olduğu komanda Gürcüstanda keçiriləcək “Bendela CUP” turnirində iştirak edəcək. Turnirin təşkilatçısı Gürcüstan Futbol Federasiyası və “Saburtalo” futbol klubudur. 18-24 aralığında keçiləcək turnirdə Gürcüstan və Rusiyanın aşağı yaş qrupunda mübarizə aparan komandaları da iştirak edəcək. Ölkəmizdən isə yalnız  “Qarabağ” U-12 dəvət olunub.  20-24 komanda qruplara bölünəcək və ilk 2 yeri tutan klublar 1/8 finala vəsiqəni təmin edəcək. 28-ci dəfə keçirilən turnirin məqsədi uşaqlarda futbol sevgisini aşılamaq, uşaq futbolçular arasında dostluq münasibətləri yaratmaqdır. 

 

Məlumat üçün bildirək ki, “Qarabağ”ın U-12 komandası bu gün “Səbail”in eyni yaş qrupundan olan komandasını 4-0 hesabı ilə mğlub edərək, 32 xalla vahid liderdir. İkinci olan “Səbail” U-12 komandasının 29 xalı var.


Digər xəbərlər

Xəbər xətti