Klublararası dünya çempionatı yekunlaşıb.
Sportarena.az xəbər verir ki, finalda “Real”ın “Qremio”ya qalib gəldiyi oyundan (1:0) sonra ən yaxşılar da mükafatlandırılıb. Final qarşılaşmasının ən yaxşı futbolçusu Kriştiano Ronaldo olub. Çempionatın ən yaxşı oyunçusu isə Luka Modriç seçilib.
“Real” Klublararası dünya çempionatında 3-cü dəfə qalib gələrək, “Barselona”ya çatıb.