Türkiyə "Bursaspor"unda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmaza Super Liqanın 3 klubundan təklif gəlib.
Sportarena.az xəbər verir ki, hazırda həmin klublarla danışıqlar gedir. Lakin onların adları açıqlanmır.
Yılmazın illik əmək haqqı 1 milyon 64 min türk lirəsi olsa da, gözlənilən oyunu sərgiləmir. O, cari mövsümdə cəmi 4 matça çıxıb və üst-üstə 248 dəqiqə meydanda olub. Bugünlərdə 29 yaşlı hücumçu "Bursaspor"dan 1 milyon TL-lik borcunu hədə yolu ilə alıb.
Qeyd edək ki, Dəniz Yılmaz Azərbaycan millisinin son oyunlarına da çağırılmayıb.