“Çelsi”nin sabiq futbolçusu Didye Droqba imicini dəyişib.
Sportarena.az xəbər verir ki, Droqba başını tamamilə daz qırxdırıb. O, yeni imicdə çəkilmiş şəklini “instagram”da paylaşıb və belə yazıb:
“15 dekabr 2000-ci il yeni başlanğıc idi. 2017-ci ilin 15 dekabrı da mənim yeni doğum günümdü”.
2000-ci il dekabrın 15-də Droqbanın oğlu İsaak dünyaya gəlib. Bu ilin eyni günündə isə Droqba Fransa çempionatı ilə müqavilə bağlayıb. O, Liqa 1-in səfiri olub. 39 yaşlı Droqba bu ilin aprel ayından ABŞ-ın “Finiks” klubunda çıxış edir. Yayda isə o, klubun sahibi olub.