AFFA uşaq evində xeyriyyə tədbiri keçirdi

14:30 18 Dekabr 2017

Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbində AFFA-nın və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə iştirak edən Millət vəkili, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, İnternat məktəbin direktoru Dilarə Məşədiyeva qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlara təbriklərini çatdırıb, onlara müxtəlif idman ləvazimatları və hədiyyələr tədqim ediblər.


Digər xəbərlər

Xəbər xətti