“Qalatsaray”ın baş məşqçisi İqor Tudoru istefaya göndərməsi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi artıq boş qalmış baş məşqçi postuna namizədləri nəzərdən keçirir. “Cim-bom”un siyahısında ilk sırada isə fransız mütəxəssis Loran Blan yer alıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “aslanlar”ın rəhbərliyinin 52 yaşlı mütəxəssisə klubun “sükanı arxasına” keçməyi təklif etdiyi vurğulanıb.
Loran məşqçi karyerası ərzində “Bordo”, Fransa millisi və PSJ-də çalışıb. O, ötən il Paris təmsilçisindən ayrılıb.