"Binə"də gözlənilməz ayrılıq - ÖZƏL

16:56 18 Dekabr 2017

Birinci Divizonda çıxış edən "Binə" klubunda gözlənilməz ayrılıq baş verib.

 

Sportarena.az xəbər verir ki, turnir cədvəlində ikinci sırada qərarlaşan qəsəbə komandansının baş məşqçisi Mehman Babayev öz istəyi ilə komandadan ayrılıb.

 

Əldə etdiyimiz məlumata görə, Birinci Divizionun digər klubları gənc mütəxəssisin xidmətində maraqlıdır. Yaxın günlərdə Mehman Babayevin çalışacağı komandanın adına aydınqlıq gələcək.

 

Qeyd edək ki, "Binə" Birinci Divizionun ilk yarısını 21 xalla ikinci sırada tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti