Dortmund "Borussiya"sı komandanın əsas qol silahı olan Pyer-Emerik Obameyanqla bağlı yeni qərar qəbul edib.
Sportarena.az xəbər verir ki, Bundesliqa klubu forvardla müqavilənin müddətini 2021-ci ilə qədər uzadıb. Bu barədə futbolçu "Tvitter"də məlumat verib.
Qeyd edək ki, bir neçə gün öncə "Borussiya" rəhbərliyi komandanın uğursuz çıxışına səbəbkar kimi Obameyanqı transferə çıxarmış, ancaq sonradan fikrini dəyişmişdi.