"Neftçi"də Qırtımov müəmması - Klub rəhbərliyi onu istəmir - ÖZƏL

12:34 19 Dekabr 2017

Qış fasiləsinə yollanan klublar istirahətin nə olduğunu bilmirlər. Premyer Liqa təmsilçiləri transfer pəncərəsinin açılmasına müəyyən qədər vaxt qalmasına rəğmən, futbolçu axtarışındadılar.

 

Sportarena.az xəbər verir ki, transfer siyasətində ən akitv klub "Neftçi"dir. Dünən Pavel Dreksa və Edinson Kastilyo ilə yollarını ayıran paytaxt klubu daha bir neçə futbolçusu ilə müqaviləni pozmağa, bir qismini isə icarəyə göndərməyə hazırlaşır. "Ağ-qaralar" vaxt itirmədən gedənlərə əvəzləyici axtarışına çıxıb.

 

Artıq "Neftçi" rəhbərliyi heyətinə qatmaq istədiyi bir futbolçu ilə danışıqlar aparıb. Söhbət "Keşlə"dən ayrılan İlkin Qırtımovdan gedir. Tərəflər müqavilənin detalları barədə razılıq əldə etsələr də, klub rəhbərliyi müdafiəçiyə komandanın toplaşacağı tarixə qədər gözləməyi məsləhət bilib.

 

Əldə etdiyimiz məlumata görə, Qırtımovla Tərlan Əhmədovun istəyi ilə danışıqlar aparılsa da, "Neftçi" rəhbərliyi onun transferində maraqlı deyil. Onlar futbolçunun səviyyəsindən razı deyillər və komandaya xeyir verəcəyinə inanmırlar. Bu məsələdə azarkeşlərin keçidə etiraz etməsinin də müəyyən qədər rolu var. Son zamanlar fanatlarla münasibətlərə həssaslıqla yanaşan klub rəhbərliyi vəziyyətin yaxşılaşmağa doğru getdiyi və stadiona gələn azarkeşlərin sayı artdığı bir vaxtda onların dəstəyini yenidən istəmir.

 

Bu səbəbdən klub rəhbərliyi həmin mövqeyə alternativ futbolçu axtarışına çıxıb. Hətta İlkin Qırtmovun əvəzinə legioner belə gətirməyə razıdılar. İlkin "Neftçi" rəhbərliyi üçün sonuncu seçim olacaq.


Digər xəbərlər

Xəbər xətti