“Bursaspor”dan göndəriləcəyi gündəmə gələn Azərbaycan millisinin üzvü Dəniz Yılmaz komandanın məşqlərindən uzaqlaşdırılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, o, keçirilən məşqlərdə bundan sonra iştirak etməyəcək. Səbəb kimi isə çıxışının qənaətbəxş olmaması göstərilib.
Mövsümün əvvəlində klubundan FİFA-ya şikayət edən Yılmaz indi də müqaviləsindəki şərtlərin yerinə gətirlməsi ilə “ağ yaşıllar”I hədələyir. İllik maaşı 1 milyon 640 min türk lirəsi (728 min 652 manat) olan futbolçu ilə qışda yollar ayrılacaq.