"Beşiktaş"ın "Qarabağ"ın futbolçusu Mahir Mədətovla maraqlandığı haqqında məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, bu mövzu Türkiyə mətbuatında da gündəm olub. "Milliyet"də yayımlanan xəbərdə, Şenol Günəşin "Qarabağ"ı ziyarətinin səbəbinin bununla bağlı olduğu qeyd olunub.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun da bu keçidə narazı olmadığı qeyd olunub.