"Zirə" daha bir futbolçusunu göndərdi

17:31 19 Dekabr 2017

“Zirə” yarımmüdafiəçisi Murad Səttarlı ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu artıq klubdan transfer vərəqini də alıb. Murad cari mövsümdə əsas heyətə düşməkdə çətinlik çəkirdi. Belə ki, ölkə çempionatında bir oyunda belə şans qazanmayan Səttarlı, yalnız ölkə kubokunda, “Xəzər”lə qarşılaşmada 45 dəqiqə meydanda olub.

 

Karyerası ərzində “Qarabağ”, “Simurq” və AZAL-ın şərəfini qorumuş futbolçu, ötən ilin yayından qəsəbə təmsilçisinin uğurları üçün çalışırdı.

 

Qeyd edək ki, daha öncə "Zirə" David Manqa ilə yollarını ayırmışdı.


Digər xəbərlər

Xəbər xətti