“Araz” “qış çempionu” oldu

23:59 19 Dekabr 2017

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, tura iddialıların dueli ilə start verilib. Son ölkə çempionu, lider “Araz” əsas izləyicisi “Marafon Futsal”la qarşılaşıb. Mərkəzi oyunun taleyini iki qol həll edib. Naxçıvan təmsilçisi əsas rəqibinə iki cavabsız qolla qalib gəlib. Bununla da “Marafon Futsal” zirvəyə yüksəlmək şansını əldən verib. “Araz” isə bu qələbə ilə həm də “qış çempionluğu”nu təmin etmiş oldu.

 

Növbəti oyunda isə əzəli rəqiblər üz-üzə gəlib. EKOL “Neftçi” ilə qarşılaşıb. Birincilər bu görüşdə 4 cavabsız qolla qələbə qazanıblar.

 

Son oyunda “FK.İD.Futsal” “Xəmsə” ilə qarşılaşıb. Turun ən bol qollu qarşılaşmasında “FK.İD.Futsal” darmadağına sevinib.

 

Yüksək Liqa, 12-ci tur
19 dekabr

Marafon Futsal – Araz 0:2
Qollar: T.Thaqo, 4; 23.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov.
Bakı İdman Sarayı. Saat 14:30

 

Neftçi İK – EKOL 0:4
Qollar: Z.Fərziyev, 34. N.Məmmədkərimov, 35, S.Həmzəyev, 37, R.Əhmədov, 40.
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:00.

 

FK.İD.Futsal – Xəmsə 5:1
Qollar: E.Quliyev, 4, A.Əzimov, 6, A.Ağayev, 36, 36, F.Əliyev, 40 - S.Əmirov, 26.
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Aydın Gözəlov.
Bakı İdman Sarayı. Saat 17:30.

 

Araz – 28, Marafon Futsal – 24, EKOL – 16, Neftçi – 15, FK.İD.Futsal – 12, Yasamal – 6, Xəmsə - 2.

 

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 15 qol.


Digər xəbərlər

Xəbər xətti