Qriqorçukun həmyerlisi "Qəbələ"də çalışmaq istəyir? - AÇIQLAMA

10:51 20 Dekabr 2017

Ukraynanın “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub ölkəsinin mətbuatına maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ”nin müdafiəçisi Vitali Vernudubun atası olan 51 yaşlı mütəxəssis, həmyerlisi Roman Qriqorçuk və onun çalışdırdığı kollektiv, həmçinin “Qarabağ” haqda danışıb:

 

“Hər bir insan istəyər ki, maddi bazası yaxşı olan yerdə işləsin. Məsələn, sənə Roman Qriqorçukun komandası kimi liderlər qrupunda qərarlaşan kollektiv versələr, niyə də şansını yoxlamayasan?! Bu komanda daim 2-3-cü yerləri tutur, avrokuboklarda iştirak edir, ilk mərhələdən başlayaraq Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyir. Bununla nəyi demək istəyirəm? Azərbaycanda “Qarabağ” və “Qəbələ” olduğu kimi, Qazaxıstanda da “Kayrat” və “Astana” klubları var. Hətta sonuncu, “Slaviya”ya qalib gəlməklə Avropa Liqasında 1/16 finala yüksəldi. Məncə, çox maraqlı komandadır və yaxşı futbol sərgiləyir”.


Digər xəbərlər

Xəbər xətti