Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin ilk matçı A Seriyasının lideri “İnter”lə aşağı liqa təmsilçisi “Pordenone” arasında baş tutub. Elita təmsilçisi bu rəqibini çətinliklə mübarizədən kənarlaşdırıb.
İkinci oyun günündə "Milan" "Verona"nı darmadağın etməklə 1/4 finala yüksəlib. Günün digər matçında isə "Fiorentina" "Sampdoriya" üzərində çətin qələbəyə sevinib.
Üçüncü oyun günündə bir görüş keçirilib. "Latsio" doğma meydanda "Çittadella" ilə qarşılaşmada darmadağına imza ataraq, 1/4 finala yüksəlib.
"Napoli" doğma meydanda "Udineze" ilə qarşılaşıb. Görüş Neapol təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya Kuboku, 1/8 final
12 dekabr
İnter - Pordenone 0:0 (penaltilər 5:4)
13 dekabr
Fiorentina - Sampdoriya 3:2
Milan - Verona 3:0
14 dekabr
Latsio - Çittadella 4:1
19 dekabr
Napoli - Udineze 1:0
20 dekabr
Atalanta - Sassuolo 2:1
Roma - Torino 1:2
Yuventus - Cenoa 2:0