Azərbaycanda oyunlar vaxtı stadionlarda polislərlə bağlı problem yaranmaması üçün yeni sistem tətbiq ediləcək.
Sportarena.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib:
“2019-cu ildə Bakıda Avropa Liqasını finalı keçiriləcək. Yeni sistem tətbiq edəcəyik - stuart sistemi. Polislərlə birlikdə xüsusi təlimlər olacaq. 1200 polis əməkdaşı stuart sistemi üzrə təlim alacaq. Qərbdəki futbol mədəniyyətini Azərbaycanda tətbiq etmək istəyirik. Təlimlərə apreldə başlayacağıq. Nəticəsini isə 2019-cu ildə görəcəyik. Təhlükəsizlik çox vacibdi. Bu gün polissiz bir oyun təşkil edə bilmərik. Stuart sistemi olanda isə onlar hər kəsə xidmət göstərəcəklər”.