Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasının keçirildiyi və komitə üzvlərindən iclasda yalnız Xarici İşlər naziri Elmar Məmmədyarovun iştirak etmədiyi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, Məmmədyarovun AFFA-nın yekun toplantısına qatılmamasının səbəbi məlum olub. Nazir İK-nın iclası ilə eyni vaxtda türkiyəli və iranlı həmkarları ilə üçtərəfli mühüm siyasi görüşdə olub. Bu səbəb "Bayıl Arena"dakı iclasda iştirak edə bilməyib.