“Zirə”nin qış təlim-məşq toplanışında ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Sportarena.az xəbər verir ki, qəsəbə komandası yanvarın 19-da "Keşlə” ilə qarşılaşacaq. Oyunun keçirilmə yeri və saatı məlum deyil.
Bundan sonra 1 günlük istirahətə buraxılacaq "Zirə" yanvarın 21-də Türkiyəyə yola düşəcək. “Qartallar” Antalyada daha 3 yoxlama oyunu keçirəcək.