“Mançester Siti” gənc hücumçusu Qabriel Jezusla yeni müqavilə bağlayacaq.
Sportarena.az xəbər verir ki, 20 yaşlı futbolçunun cari mövsümkü çıxışından razı qalan “şəhərlilər” onu daha çox qazanacağı yeni müqavilə ilə mükafatlandırmaq qərarına gəlib. Bu barədə məlumatı “goal.com” saytı yayıb. Jezusla 2021-ci ildə bitəcək müqavilə müddəti 2 illik artırılacaq. Bundan əlavə, futbolçu əvvəlkindən iki dəfə çox qazanacaq. Jezus hazırda MS-də həftəyə 75 min funt-sterlinq qazanır.
Braziliyalı hücumçu cari mövsümdə şans qazandığı 25 oyunda 10 qola imza atıb.