Almaniyanın “Bavariya" klubu qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, Münhen klubu "Hoffenhaym"ın forvardı Sandro Vaqneri transfer edib. Bu barədə klubun saytı məlumat yayıb. Bu keçid üçün "Bavariya" 13 milyon avrosundan keçib. Onunla 2020-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı Vaqner Almaniya yığmasının da üzvüdü.