“Qarabağ”ın futbolçusu qitəsinin rəmizi “11”-liyinə düşdü

15:14 21 Dekabr 2017

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerrye Şimali və Mərkəzi Amerika (KONKAKAF) zonasında ilin simvolik komandasına düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Haiti mətbuatı yayıb. Xəbərdə konfederasiyanı təmsil edən millilərin baş məşqçiləri, yığmaların kapitanları və jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsasən açıqlanan simvolik komandada Haiti millisinin və “Qarabağ”ın futbolçusu Donald Gerryenin də yer aldığı qeyd edilib.

 

Rəmzi “11”-likdə Ağdam təmsilçisinin legionerindən başqa, “Real”ın kosta-rikalı qapıçısı Keylor Navas, Dortmund “Borussiya”sının amerikalı futbolçusu Kristian Pulişiç kimi oyunçular da yer alıb.

 

KONKAKAF-da ilin simvolik komandası aşağıdakı kimidi:

 

Qapıçı: Keylor Navas (Kosta Rika)

 

Müdafiəçilər: Roman Torres (Panama), Hektor Moreno (Meksika), Kendall Vaston (Kosta Rika), Kristian Qamboa (Kosta Rika)

 

Yarımmüdafiəçilər: Kristian Pulişiç (ABŞ); Brayan Ruis (Kosta Rika), Hektor Herrera (Meksika), Donald Gerrye (Haiti)

Hücumçular: İrvinq Lozano (Meksika), Albert Elis (Honduras)


Digər xəbərlər

Xəbər xətti