“Neftçi”nin futbolçusu “Səbail”də - RƏSMİ

11:58 22 Dekabr 2017

Azərbaycan Premyer Liqasının debütantı “Səbail” bu qış transfer pəncərəsi dönəmində ilk transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu gənc və perspektivli yarımmüdafiəçi Fəhmin Muradbəylini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Muradbəyli “Səbail”də icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti barədə açıqlama verilməsə də, böyük ehtimalla tərəflər mövsümün sonunadək anlaşıblar.


Digər xəbərlər

Xəbər xətti