“Zirə”nin 12 yaşlıları növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, "qartallar" İranın Şiraz vilayətinin “Hafez” klubundan olan həmyaşdıları ilə qarşılaşıb. Aviasiya akademiyasının stadionunda keçirilən görüş qəsəbə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bundan başqa, "Zirə"nin 13 yaşlıları da “Hafez”in U-13 komandası ilə qarşılaşıb. Bu matç da “Zirə”nin 4:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Xatırladaq ki, tərəflərin U-12 komandalarının bir neçə gün əvvəl keçirilən görüşü də “Zirə”nin qələbəsi ilə başa çatmışdı - 2:1.