Barqas “Neftçi”dən ayrılır?

12:58 22 Dekabr 2017

“Neftçi”nin hücumçusu Uqo Barqas komandadan ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “El Mundo” yayıb. Xəbərdə 31 yaşlı hücumçunun mövsümün ikinci yarısından Boliviyanın “Bluminq” klubunda çıxış edəcəyi vurğulanıb.

 

Barqas daha öncə 2012/13 mövsümündə və 2014-2016-cı illər aralığında “Bluminq”in şərəfini qoruyub. Fransalı futbolçu bu ilin fevralından “Neftçi”nin şərəfini qoruyurdu. O, bir müddət öncə “ağ-qaralar”la gələn ilin əvvəlində bitəcək müqavilə müddətini mövsümün sonunadək uzatmışdı.

 

31 yaşlı hücumçu cari mövsümdə şans qazandığı 16 oyunda 5 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti