Millimizin oyunlarının vaxtı açıqlandı

13:22 22 Dekabr 2017

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 7-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı bəlli olub. Komandamız ilk oyununu 2018-ci il martın 22-i Almaniyaya qarşı keçirəcək. Millimiz martın 25-i İrlandiya, martın 28-i İslandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, 7-ci qrupun görüşləri Almaniyada oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti