FİFA Mutkonu istefaya göndərir

14:12 22 Dekabr 2017

Dekabrın 26-da Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, iclasda Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun istefası elan olunacaq. Bu barədə məlumatı “Kommersant” nəşri yayıb.

 

Nəşrin iddiasına görə, Mutko FİFA-nın tələbi ilə istefaya göndərilir. Rusiyada yaşanan dopinq qalmaqalında Mutkonun rolunun böyük olduğu sübut olunub. Buna görə də, FİFA onun federasiyaya rəhbərlik etməsini məqbul hesab etmir.

 

Rusiya Futbol İttifaqının sabiq əməkdaşı Anzor Kavazaşvili də Mutkonun istefaya gedəcəyi ilə bağlı İcraiyyə Komitəsinin üzvləri arasında söz-söhbətin gəzdiyini təsdiqləyib.

 

Bir müddət əvvəl məlumat yayılmışdı ki, FİFA 34 rusiyalı futbolçu ilə bağlı dopinq araşdırmalarına başlayıb.


Digər xəbərlər

Xəbər xətti