“Kəpəz” Türkiyənin Antalya şəhərində keçirəcəyi təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununa çıxacaq.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Gəncə klubunun rəqiblərindən 3-ü artıq məlumdur. Komanda yanvarın 22-də “Vitorul” (Rumıniya), 28-də “Yagelloniya” (Polşa) və 31-də isə “Spartak” (Serbiya) klubları ilə qarşılaşacaq.
Xatırladaq ki, “sarı-göylər” gələn ilin yanvarın 17-dən fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək.