"Səbail" daha bir futbolçusu ilə yolları ayırıb. Sportarena.az xəbər verir ki, "Neftçi"dən icarəyə götürülən Təyyar Məmmədovun "Səbail"lə müqaviləsi başa çatıb. Bu üzdən futbolçu müqavilə ilə məxsus olduğu flaqmana qayıdıb.