AFFA-nın baş katibi Elxan Məmmədov federasiyanın inzibati binasında tanınmış jurnalist, “Əməkdar mədəniyyət işçisi”, müxtəlif dövrlərdə futbol sahəsində çalışmış Məzahir Süleymanzadə ilə görüşüb.
Sportarena.az xəbər verir ki, baş katib AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından 65 illik yubileyi münasibətilə Süleymanzadəni təbrik edib, xoş arzularını çatdırıb. Yubilyar göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.