Çexiyanın “Fastav” klubunun baş məşqçisi Bohumil Panik komandanın futbolçusu Pablo Podionun “Keşlə”yə keçəcəyini təsdiqləyib.
Sportarena.az xəbər verir ki, o, argentinalı futbolçunun Azərbaycan təmsilçisinə keçidinin səbəbini açıqlayıb:
“Pablo, daha çox meydana çıxmaq istəyirdi. Bizdə isə onun üçün belə şans yox idi. Bu səbəbdən onun “Keşlə”yə keçidinə icazə verdik”.