UEFA-dan "Milan"a ağır cəza - Maliyyə feyr-pleyinə görə

12:51 23 Dekabr 2017

UEFA maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün “Milan”ı ağır cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, “Milan” 20 milyon avro cərimə edilib. Klub bu cərimənin 5 milyon avrosunu dərhal ödəməlidi. 15 milyon avro isə şərti olaraq nəzərdə tutulub. Əgər “Milan” müəyyən edilmiş müddətdə maliyyə feyr-pleyində işləri qaydasına sala bilməsə, 15 milyon avronu da ödəməli olacaq.

 

“Milan” bir müddət əvvəl UEFA-ya maliyyə feyr-pleyi ilə bağlı plan təqdim etsə də, qəbul olunmamışdı.


Digər xəbərlər

Xəbər xətti