Məşhur argentinalı futbolçu Dieqo Maradonanın İtaliyanın “Napoli” klubundakı rekordu qırılıb.
Sportarena.az xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi Marek Hamşek bu komandada vurduğu qolların sayını 116-ya çatdırıb. O, bu gün A Seriyasının 18-ci turu çərçivəsində “Sampdoriya” ilə ev oyununda komandasının qələbə qolunu (3:2) vurmaqla yanaşı, həm də tarixə düşüb.
Qeyd edək ki, Hamşikdən öncə neapolluların ən qolçu futbolçusu məhz Maradona idi. Argentinalının hesabında 115 qol var idi.