Prosineçki: "Azərbaycandakı fəaliyyətimi həyatımın ən xoş anlarından biri kimi xatırlayacam"

11:44 25 Dekabr 2017

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis müsahibə zamanı millimiz barədə də danışıb. O, yığmamızda çalışdığına görə peşman olmadığını deyib:

 

“Orda 3 əla il keçirdim. Azərbaycan yığmasındakı fəaliyyətimi həyatımın ən xoş anlarından biri kimi xatırlayacam. Gözəl şəhər, iş üçün əla şərait və yaxşı nəticə. Mənim heç bir problemim yox idi. Sadəcə, bu komanda ilə yeni addım ata bilməyəcəyimi və irəliləmək lazım olduğunu hiss etdim. Məni heç vaxt asan yerdə işləyib, pul qazanmaq maraqlandırmayıb”.

 

Prosineçki Azərbaycan yığmasının onun tələb etdiyi futbolu oynaya bilib-bilməməsi barədə suala belə cavab verib:

 

“Aydın məsələdi ki, Azərbaycan millisinə “Barselona”nın sərgilədiyi futbolu oynada bilməzsiz. Təbii ki, buna köklənirdim. Amma elə incə məqamlar var ki, bunu heç kim edə bilməz. Mən nəticəyə köklənmək və komandamın arzuladığım səviyyədə oynamasını istəyirəm. Bunun üçün isə keyfiyyətli, məşqçinin istəklərini yerinə yetirə biləcək futbolçular lazımdı. Məhz bu səbəbdən yüksək səviyyəli komandaya getmək istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti