"Mançester Yunayted" Mourinyo ilə yollarını ayırır?

12:37 25 Dekabr 2017

“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyo ilə yeni müqavilə bağlamaq fikrindən daşınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “qırmızı şeytanlar”ın rəhbərliyində Premyer Liqanın 19-cu turu çərçivəsində baş tutmuş “Lester”lə səfər oyunundan (2:2) sonra portuqaliyalı mütəxəssisin komandanı gücləndirəcəyinə dair şübhələr yarandığı, buna görə, onunla yeni müqaviləylə bağlı danışıqları dayandırdığı qeyd edilib. Belə ki, klub rəhbərliyinin Mounun MY-ni çempionluq uğrunda mübarizə aparacaq səviyyəyə çatdıracağına inanmadığı vurğulanıb. 

 

Xatırladaq ki, Premyer Liqanın 19 turundan sonra 42 xal toplamış “Mançester Yunayted” 2-ci pillədə qərarlaşıb. Mankunianlar lider “Mançester Siti”dən 13 xal geri qalır.

 

Mourinyonun “Mançester Yunayted”lə müqavilə müddəti 2019-cu ilin yayında başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti