Bu gün "Keşlə" klubunun Müşahidə Şurasının iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarlar qəbul edildi:
* Keşlə Futbol Komandasının baş məşqçi vəzifəsinə Yuri Vilyeviç Maksimov təyin olunsun.
* Keşlə Futbol Komandasının idman direktoru vəzifəsinə Ramiz Həbib oğlu Məmmədov təyin olunsun.
İclasda həmçinin yeni futbolçuların Keşlə Futbol Komandasına cəlb olunmaları və digər məsələlər barədə müzakirələr aparıldı.