"Beşiktaş" Cenk Tosunu İngiltərə klubuna satdı

14:51 25 Dekabr 2017

“Beşiktaş”ın hücumçusu Cenk Tosunun yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqa təmsilçisi “Everton”da davam etdirəcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə bir müddətdi ingilis klublarının diqqət mərkəzində olan Cenkin Liverpul təmsilçisi ilə anlaşdığı vurğulanıb. “Göy-ağlar” Türkiyə millisinin də şərəfini qoruyan hücumçunun transferi üçün “qartallar”a 25 milyon avro ödəyəcək.

 

Müqaviləyə əsasən, Tosun qarşıdakı 4,5 il ərzində “Everton”un uğurları üçün çalışacaq. Türkiyəli forvard Premyer Liqa təmsilçisindəki ilk yarım mövsümündə 2, sonrakı mövsümlərdə isə 4 milyon avro qazanacaq. Anlaşmanın yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti