“Səbail” bir futbolçu ilə yollarını ayırıb.
Sportarena.az istinadən xəbər verir ki, Yamin Ağakərimzadənin klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.
Futbolçuya azad agent statusu verilib. 25 yaşlı müdafiəçi cari mövsümdə “Səbail”də 3-ü ölkə çempionatı, 2-si ölkə kuboku olmaqla, cəmi 5 oyunda şans qazanmışdı.