Yuri Maksimovun “Keşlə”də köməkçiləri məlum oldu

18:16 25 Dekabr 2017

“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimovun köməkçiləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis özü ilə heç bir köməkçi gətirməyib. Daha doğrusu, klub rəhbərliyi onun qarşısına məşqçilər korpusunda dəyişiklik etməmək şərti qoyub. Bu üzdən də o, əvvəlki baş məşqçi Ramiz Məmmədovun dövründə komandada çalışan mütəxəssislərlə birgə fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, “Keşlə”nin məşqçilər korpusunda Aleksandr Karakliç, Camal Əliyev və Zaur İsmayılov yer alır.

 

Əlavə edək ki, Maksimov bu gün “Keşlə” ilə 6 aylıq müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti