"Seltik"in hücumçusu Mussa Dembele karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Xəbərə görə, 21 yaşlı futbolçu "Brayton"a keçə bilər. Tərəflər 18 milyon funta razılaşıblar.
Qeyd edək ki, hazırda davam edən Şotlandiya çempionatında Dembele 11 matçda meydana çıxıb. Onun "Seltik"lə müqaviləsi 2020-ci ilin mayında başa çatacaq.