Maruan Fellayni “Mançester Yunayted”lə müqaviləni uzatmayacaq.
Sportarena.az xəbər verir ki, Fellayni MY-ni tərk etməklə bağlı qərar qəbul edib. Belçikalını klubun təklif etdiyi yeni müqavilənin şərtləri qane etməyib. Məlumata görə, Fellayni yanvarda ona maraq göstərən digər klublarla danışıqlara başlayacaq. Yarımmüdafiəçiyə Çindən cəlbedici təklifin gəldiyi də bildirilir.
Fellayni cari mövsümdə Premyer Liqada 9 oyunda meydana çıxıb, 3 qol vurub.