"Qəbələ"nin futbolçusu "Reyncers"ə lazım olmadı

12:16 26 Dekabr 2017

"Qəbələ"nin yarımmüdafiəçisi Endi Hallidey müqavilə ilə məxsus olduğu "Reyncers"ə qışda qayıtmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, heyətdə zədəliləri nəzərə alan Qlazqo təmsilçisi Halideyi qaytarmaq fikrinə düşmüşdü. Lakin baş məşqçi Qrem Mörti 26 yaşlı orta sahə oyunçusuna ehtiyac duymayıb.

 

O yarımmüdafiə xəttində Rayan Cek və Qrem Doransa güvənməyi üstün tutub.


Digər xəbərlər

Xəbər xətti