"Beşiktaş" azarkeşlərinin Mahir Mədətov sevgisi - VİDEOLAR

14:30 26 Dekabr 2017

"Qarabağ”ın futbolçusu Mahir Mədətovun "Beşiktaş”a transfer ediləcəyi ilə bağlı xəbərlər tərəflərin təkzibinə rəğmən, gündəmdən düşmür.
 
Sportarena.az xəbər verir ki, həm yerli, həm də türkiyəli azarkeşlər gənc oyunçunun İstanbul klubuna keçməsini istəyir. Diqqət çəkən məqam "Beşiktaş" azarkeşlərinin bu istəklərini açıq şəkildə biruzə verməsidir.
 
Belə ki, fanatlar sosial şəbəkələrdə Mahir Mədətov haqqında paylaşımlar edir və xoş gəldin videoları hazırlayırlar. Bu tipli videoların sayı günü-gündən artmaqdadır.
 
Belə videolardan bir neçəsini təqdim edirik:
 
 

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti