Futbol üzrə Albaniya millisinin və “Qarabağ”ın futbolçusu Ansi Aqolli qış fasiləsindəki istirahətinə start verib.
Sportarena.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ekzotik seçimi ilə diqqət mərkəzinə düşüb. Aqolli Hind okeanında yerləşən Seyşel adalarına üstünlük verib. O, oraya 10 il birlikdə olduğu sevgilisi Rina ilə birlikdə gedib.
Albaniyalı həmkarlarımızın fikrincə, 28 yaşlı tiranalı xanım Aqollinin daim formada olmasının əsas səbəbkarıdı. Çünki məhz onların tanışlığından sonra müdafiəçinin oyununda yüksəliş daha nəzərəçarpacaq dərəcədə artıb.