Kante ən yaxşı seçildi - Fransada

17:54 26 Dekabr 2017

Fransada ilin ən yaxşı futbolçusu məlum olub.

 

Sportarena.az xəbər verir ki, “France Football” nəşrinin sorğusuna əsasən, bu il ölkənin ən yaxşı futbolçusu Fransa yığmasının və “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante seçilib. O, 90 xal toplayıb.

 

26 yaşlı futbolçudan 5 xal az toplayan Kilian Mbappe (PSJ) 2-ci, 52 xal yığan Kərim Benzema (Real) isə 3-cü olub. Kante cari mövsümdə şans qazandığı 21 oyunda 1 qola imza atıb.

 

"Çelsi" Çempionlar Liqasının cari mövsümünün qrup mərhələsində "Qarabağ"la eyni qrupda mübarizə aparıb.


Digər xəbərlər

Xəbər xətti