İngiltərə Premyer Liqasının 20-ci turunda “Southempton”la qarşılaşma “Tottenhem”in futbolçusu Harri Keyn üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, 5:2 hesabı ilə qalib gəldikləri matçda het-trik edən ingiltərəli hücumçu yeni 2 rekorda, 1 uğura imza atıb. İngiltərə millisinin üzvü 2017-ci ildə vurduğu qollarının sayını 56-a çatdırıb. İndiyədək bir ildə ən çox qol vuran “Barselona”nın hücumçusu Linel Messi idi - 54 qol.
Keyn bununla da 2017-ci ilin məhsuldar futbolçusu adını özünə təmin edib. Buna səbəb ən yaxın izləyiciləri olan futbolçular ili başa vurmasıdı.
O, eyni zamanda, 2017-ci ildə ölkə çempionatında vurduğu qolların sayını 37-yə yüksəldərək yeni rekorda imza atıb. bundan əvvəlki rekord 1995-ci il, 36 qol vuran Alan Şirerə məxsus idi.